Ronaldo komandasının xilaskarı oldu
DÇ-2014-ün seçmə mərhələsinə hazırlıq məqsədilə Avropa və dünyanın bir sıra yaşıl meydanlarında bir-birindən maraqlı yoldaşlıq oyunları keçirilib.
Sportal.az xəbər verir ki, son dünya və Avropa çempionu İspaniya Ekvadorla oyundan 2:0-lıq qələbə ilə ayrılıb. Millimizlə F qrupunda qərarlaşan İsrail millisi Ukraynaya eyni hesabla məğlub olub - 2:0. İsveç Norveçi 4:2 hesabı ilə üstələyib. Bu oyunda Zlatan İbrahimoviç het-trik edib. Digər maraqlı görüş isə İtaliya və Argentina arasında olub. Bu görüşdə qələbəyə sevinən tərəf cənubi amerikalılar olub - 1:2. İsveçrə Braziliya oyununda isə "Barselona"nın müdafiəçisi Daniel Alveş avtoqol müəllifi olaraq komandasına məğlubiyyət gətirib. Portuqaliya - Hollandiya matçında isə Kriştianu Ronaldo bərabərlik qolunu vuraraq komandasını məğlubiyyətdən xilas edib. Almaniya isə Paraqvayla oyundan 3:3 hesabı ilə ayrılıb.
saytlarin hazirlanmasi