36 yaşlı braziliyalı cənub təmsilçisində bu vəzifəyə ayın əvvəlində təyin olunmuşdu. Təyinatdan sonra vətəni Braziliyada olan sabiq yarımmüdafiəçi bu gün səhər saatlarında ölkəmizə qayıdıb.
Mario seleksiyaçı vəzifəsinin icrasına başlamazdan əvvəl, ötən ay həmyerlisi, qapıçı Duqlas Leytenin “Xəzər Lənkəran”a keçidində rol oynamışdı. Klubun tarixində ən yaxşı legionerlərdən sayılan braziliyalı “Birlik kuboku” və Azərbaycan kubokunun sahibi olub.
Qeyd edək ki, cənub təmsilçisində sonuncu dəfə seleksiyaçı məşqçi vəzifəsində Zaur Ramazanov çalışırdı.