"Ağ yaşıllar" "Qarabağ"la oyunun hazırlıqlarını davam etdirir
Dünən Lənkəranda keçirdiyi hazırlığı başa vurub Bakıya yola düşən “Xəzər Lənkəran” bu gün “Baksell Arena”da ilk məşqinə çıxdı.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının III turunda “Qarabağ”ın qonağı olacaq komanda səhər saatlarında baş tutan hazırlığı saat yarım davam etdi.
Millimizin Malta ilə qarşılaşması səbəbindən Azərbaycan millisinin düşərgəsində olan futbolçuların da qatıldığı məşqdə taktiki çalışmalar yerinə yetirildi. Sabah isə “Xəzər Lənkəran” oyun öncəsi son məşqinə çıxacaq.
Bu gün “Baksell Arena”da keçirilən məşqdən çəkilmiş fotoları təqdim edirik:
saytlarin hazirlanmasi