Futbolumuza xidmət edənlərin sayı 50 min nəfərə çatdı
2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb.
Sportal.az xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 50 min nəfərə çatıb. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 50000-ci üzvü AFFA-nın U-12 Liqasında çıxış edəcək Mingəçevir komandasının heyətində sifariş edilib.
saytlarin hazirlanmasi