Superkubok finalı "Fənərbaxça"ya baha başa gəldi
Türkiyə Futbol Federasiyası superkubok qarşılaşmasında üz-üzə gələn “Qalatasaray” və “Fənərbaxça” klublarını cəzalandırıb.
Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası İcraiyyə Komitəsi superkubok qarşılaşmasında azarkeşlərinin matç zamanı və sonrası etdiyi çirkin təzahüratlara görə hər iki klubu pul cəzası ilə cəzalandırıb.
Belə ki, “Sarı-Qırmızılar”a ümumilikdə 90 min, “Sarı-Lacivərdlilər”ə isə 110 min türk lirəsi pul cəzası kəsilib.
saytlarin hazirlanmasi