AZAL "İnter"lə oyuna itkilərlə çıxacaq
Premyer Liqanın III turunda səfərdə “İnter”lə münasibətlərinə aydınlıq gətirəcək AZAL bu oyuna ciddi itkilərlə hazırlaşır.
Sportal.az xəbər verir ki,komandanın aparıcı üzvləri - Yuri Fomenko, yeni transfer Fredi Borq, Samuel Barlay və Con Oluremi sıradan çıxıb.
Sözügedən oyunçulardan Fomenkonun sabiq komandasına qarşı oynamayacağı dəqiqləşib.
Digərlərinin isə bu oyunda iştirak edib-etməyəcəyi hələ bəlli deyil. Həkimlər hər üç futbolçunu oyuna qədər hazır vəziyyətə gətirməyə çalışırlar.
Bunlardan əlavə, Cavid Tağıyevlə Orxan Həsənov da zədədən əziyyət çəkirlər.
saytlarin hazirlanmasi