Məşqçi sabiq komandasının rəhbərliyindən pul tələb edir
Səməd Aybaba sabiq komandası – “Beşiktaş”ın prezidenti Fikrət Ormanı məhkəməyə verib.
Sportal.az xəbər verir ki, buna səbəb klub prezidentinin yerli qəzetlərdən birinə verdiyi müsahibə olub. Orman “Sinan Kurumuş, Gökhan Süzen və Dentinyo necə transfer edilib? Bunları mənə ictimaiyyət qarşısında söylətməsin. Açıqlasam, insan içinə çıxa bilməz” deyib. Aybaba bu sözləri sübut gətirərək Ormanı məhkəməyə verib və şəxsiyyətinə toxunduğu üçün ondan 100 min lirə mənəvi təzminat tələb edib.
Aybaba vəkili Şükrü Sedat Varqılı vasitəsilə məhkəməyə müraciət edib. Vəkil qəzetdə nəşr olunan həmin xəbəri dəlil olaraq məhkəməyə təqdim edib və müvəkkilinin etibarının ictimaiyyət arasında verilən müsahibə səbəbilə sarsıldığını irəli sürüb.
Qeyd edək ki, Səməd Aybaba hazırda “Antalyaspor”a başçılıq edir.
saytlarin hazirlanmasi