Türk hakimə yeni təyinat
Türkiyənin tanınmış hakimi Cüneyt Çakır UEFA Çempionlar Liqasına təyinat alıb.
Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasından (TFF) verilən məlumata görə, Çakır ÇL-in “play-off” mərhələsində PSV – “Milan” oyununu idarə edəcək. Eyndhoven şəhərində keçiriləcək görüşdə Çakıra Bahattin Duran, Tarık Onqun köməklik edəcək. Dördüncü hakim Mustafa Emre Eyisoy, əlavə köməkçi referilər isə Hüseyn Göçək və Mətin Kalkavan olacaq.
Qeyd edək ki, oyun avqustun 20-də baş tutacaq.
saytlarin hazirlanmasi