"Qarabağ"ın zədəlisindən şad xəbər

00:01 - 9 Oktyabr 2015

Yaxın günlərdə komanda ilə məşqlərə başlayacaq
 
Bu mövsüm "Qarabağ"a transfer olunan gənc futbolçu Mahir Mədətovun zədələnməsi ilə bağlı məlumat vermişdik.

Sportal.az-ın əldə etdiyi məlumata görə, artıq gənc futbolçu fərdi məşqlərə başlayıb. Yaxın 1-2 gün ərzində yenidən tibbi müayinədən keçəcək Mahir məhz müayinədən sonra komanda ilə birlikdə məşqlərə başlayacaq. Onun Premyer Liqanın 8-ci turunda "Zirə" ilə matça qədər tam hazır olacağı gözlənilir.

Xəbər xətti