Premyer Liqanın VIII turu
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən "Qarabağ" hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində "Zirə"ni qəbul edəcək Ağdam təmsilçisi gündə bir dəfə olmaqla məşq edir.
Milli oyunlarla bağlı "atlılar" tam heyətlə məşq edə bilmirdi. Bu gündən etibarən isə yığmanın düşərgəsində olanlar komandaya qoşulacaq.
Qeyd edək ki, "Qarabağ" - "Zirə" qarşılaşması oktyabrın 17-də saat 19:00-da keçiriləcək. Qarşılaşma Surxanıda, "Azersun Arena"da baş tutacaq.