Futbolçu tibbi müayinədən keçib
Millimiz və "Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin Bolqarıstan - Azərbaycan matçında zədələndiyi barədə məlumat vermişdik.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, futbolçu artıq dünən tibbi müayinədən keçib. Tibbi müayinənin nəticəsinə görə, futbolçunun zədəsinin ciddi olmadığı məlum olub. Məşqçilər heyətinin sabah baş tutacaq "Zirə" ilə oyunda futbolçuya istirahət verəcəyi gözlənilir. Müdafiəçinin oktyanrın 22-i keçiriləcək matça qaədər hazır olacağı gözlənilir.
saytlarin hazirlanmasi