Gecə saatlarında Fransada olacaq
	Avropa Liqasının qrup mərhələsində səfərdə "Monako" ilə qarşılaşacaq "Qarabağ" artıq Fransaya yola düşüb.
	
	 Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi saat 18:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səfərə çıxıb. Bakı-Nitsa-Monako reysi ilə hərəkət edəcək komandamız gecə saatlarında Fransada olacaq. 
	
	Qeyd edək ki, "Monako" - "Qarabağ" oyunu oktyabrın 22-də Bakı vaxı ilə saat 22:00-da "Stad Lui II" stadionunda start götürəcək.
	
 
      
                    