"Qarabağ"a "Monako" ilə oyunöncəsi Quintanadan şad xəbər

21:07 - 21 Oktyabr 2015

Dünən komanda ilə məşqlərə başladı
 
"Qarabağ" zədəli futbolçusu Dani Quintanadan şad xəbər alıb.
 
Sportal.az-a daxil olan məlumata görə, əzələsini dartan Quintana zədəsini tam sağaldıb. Futbolçu artıq dünəndən etibarən komanda ilə məşqlərə başlayıb. Daninin sabah Avroliqanın qrup mərhələsində baş tutacaq "Monako" ilə oyuna qədər isə tam hazır olacağı gözlənilir.
 
Qeyd edək ki, "Monako" - "Qarabağ" matçı sabah saat 22:00-da start götürəcək.

Xəbər xətti