Türkiyə Super Liqasında 14-cü tura bu gün keçirilən bir qarşılaşmayla start verilib.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" doğma meydanda "Adanaspor"u qəbul edib. Matç "bordo-mavililər"in 4 - 1 hesablı qələbəsiylə başa çatıbb.
Qara Dəniz təmsilçisinin baş məşqçisi Ərsun Yanal bu görüşdə Ramil Şeydayevin adını iştirak ərizəsinə daxil etməyib.
Qeyd edək ki, qələbə sayəsində xallarını 18-ə çatdıran "Trabzonspor" turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib.
saytlarin hazirlanmasi