Millimizin üzvü Dəniz Yılmazın top qovduğu “Bursaspor” Türkiyə Super Liqasının 14-cü turunda səfərdə “Beşiktaş”a 1:2 hesabıyla məğlub oldu. Oyundan sonra “Bursaspor”un baş məşqçisi Hamza Hamzaoğlu matçla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, Hamzaoğlu oyunsonrası mətbuat konfransında millimizin üzvü Dəniz Yılmazın real qol fürsətini qaçırdığını deyib:
“Oyun planlaşdırdığımız kimi başladı. “Beşiktaş”ın hücumlarının qarşısını alırdıq. Bununla da, sürətli hücumlar qururduq. Bu dəqiqələrdə bir qol vurmalıydıq. Planımız bu idi. Dəniz yüzfaizli qol fürsətini qaçırdı. Bundan başqa da əldə etdiyimiz fürsətlər oldu. “Beşiktaş”a qarşı səfər oyununda bir komandadan bundan artığını gözləyə bilməsiz”.
Hazırda hesabında 24 xal olan “Bursaspor” 5-ci pillədə qərarlaşıb
saytlarin hazirlanmasi