Türkiyənin və Avropanın ən yaxşı hakimlərindən hesab olunan Cüneyt Çakır verdiyi qərarla yenə də gündəmə gəlib.
Sportal.az xəbər verir ki, FIFA referisinin “Rizəspor” - Osmanlıspor” oyununda verdiyi qərar bütün dünyada müzakirə olunur. Türkiyəli hakim bu qarşılaşmada verdiyi penalti qərarı ilə özünü biabır edib.
Qarşılaşmanın 67-ci dəqiqəsində “Osmanlıspor”un qapıçısı Yakob Yantşer cərimə meydançasından topu əli ilə uzaqlaşdırıb. Çakır isə dərhal penalti nöqtəsini göstərib. Ancaq “Rizəspor” bu penaltidən yararlana bilməyib.
Qeyd edək ki, "Osmanlıspor" səfərdə "Rizəspor"u 1:0 hesabı ilə məğlub edib. Qələbə qolunu 90-cı dəqiqədə Musa Çağıran penaltidən vurub.
saytlarin hazirlanmasi