Türkiyə Super Liqasının lideri olan "Başakşəhər" heyətini bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi İsveçrənin "Vil 1900" klubunun futbolçusu Egemen Korkmazı transfer edib. 34 yaşlı müdafiəçi ilə il yarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü karyerası ərzində "Bursaspor", "Trabzonspor", "Fənərbaxça", "Beşiktaş" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi