"Qalatasaray"ın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "sarı-qırmızılar"ın sağ cinah müdafiəçisi Luis Kavanda sıradan çıxıb. 25 yaşlı futbolçu Türkiyə kuboku çərçivəsində "Tuzlaspor"la matçda (2-3) zədələnib.
Keçirilən tibbi müayinədən sonra anqolalı müdafiəçinin durumuna aydınlıq gəlib. Kavanda 8 həftə komandasına kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi