"Fənərbaxça" heyətini bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Ukraynanın “Zarya” komandasından Aleksandr Karavayevi transfer edib. Məlumatı Luqans klubunun saytı yayıb. Məlumatda bildirilir ki, "Fənərbaxça" 24 yaşlı müdafiəçinin müqavilə ilə məxsus olduğu Donetsk "Şaxtyor"u ilə transferlə əlaqədar razılığa gəlib.
"Hürriyyət" qəzeti isə yazır ki, Ukrayna millisinin üzvü mövsümün sonuna qədər icarə qaydasında Türkiyə klubunun şərəfini qoruyacaq.
saytlarin hazirlanmasi