Müdafiəçi axtarışında olan Türkiyənin "Beşiktaş" klubu istədiyi oyunçunu Xorvatiyada tapıb.
Sportal.az xəbər verir ki, "qara qartallar" bu ölkənin "Riyeka" klubunun futbolçusu Matey Mitroviçi heyətinə cəlb edib. Xorvatiyalı müdafiəçi 2 gün ərzində Antalyaya gələrək "Beşiktaş"ın təlim-məşq toplanışına qatılacaq.
İstanbul nəhəngi bu transfer üçün "Riyeka"ya 3 milyon avro ödəyəcək. 2014-cü ildən Xorvatiya milli komandasının da formasını geyinən Mitroviç İstanbul təmsilçisində illik 1 milyon 300 min avro qazanacaq.
saytlarin hazirlanmasi