Türkiyə Super Liqasında fasiləyə lider yollanan "Başakşehir" müdafiə xəttini gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul klubu İsveçrənin "Vill" klubundan Egemen Qorxmazı transfer edib. Türkiyə milli komandasının sabiq üzvü ilə 1,5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, 34 yaşlı futbolçu Türkiyədə "Bursaspor", "Trabzonspor", "Beşiktaş", və "Fənərbaxça" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi