Türkiyənin "Qalatasaray" klubunda daha bir ayrılıq reallaşıb.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi legioneri Lukas Ontivero ilə yollarını ayırıb. Ötən mövsümü icarə əsasında "Monreal İmpakt"da keçirən argentinalı futbolçunun 2018-ci ildə başa çatacaq müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu barədə məlumatı 22 yaşlı futbolçunun agenti Xuan Ardilla verib.
Qeyd edək ki, Ontivero 2012-ci ildən "Qalatasaray"da çıxış edirdi.
Xatırladaq ki, "Qalatasaray" Hamit Altıntop və Kolbeyn Siqtorssonla da yolları ayırıb.
saytlarin hazirlanmasi