İtaliyanın "Latsio" klubunun direktoru İqli Tare "Football Italia" nəşrinə koronavirus pandemiyasına görə təxirə salınan liqalar barədə danışıb.
Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, Roma təmsilçisinin 46 yaşlı alban funksioneri İtaliya hökümətini tənqid edib:
"İtaliya hökümətinin qərarlarına hörmət etdik. Ancaq mayın 4-dən sonra hər şeyin davam ediləcəyi gözlənilir. İdman nazrinin insanların sağmalığına qayğı göstərmək istədiyi barədə xəbər oxudum. Maraqlıdır, o, bizə bütün təhlükəsizlik tədbirləri ilə idman komplekslərində məşq etməyimizə icazə vermək əvəzinə, digər insanların parklarda gəzməyinə icazə verir. Fasilə 2 ay oldu. İdman nazrinin açıq şəkildə futbola kömək etmək istədiyi açıq şəkildə yoxdur. Futbolla bağlı qərarlar radikaldır.
Bu idman növü İtaliya üçün çox vacib sosial layihədir. Ancaq biz stadionları açmaq istəmirik. Sadəcə, İtaliya futbolu üçün mövcud qaydalar əsasən, mövsümü bitirmək istəyirik. Almaniya Futbol İttifaqının rəhbəri və böyük klubların rəhbərləri mövsümə davam etmək istədiklərini açıq şəkildə ifadə edirlər. Amma İtaliyada? Bizdə belə deyil. "Yuventus" və "İnter" kimi klubların niyə susduğunu anlaya bilmirəm".
saytlarin hazirlanmasi