İtaliya A Seriyasının bərpası üçün son tarix

16:09 - 28 Aprel 2020

Koronavirus pandemiyasına görə təxirə salının İtaliya A Seriyasının bərpası üçün son tarix açıqlanıb.

 

Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, çempionat iyunun 14-dək bərpa edilməsə, A Seriyasının davam etdirilməsi mümkün olmayacaq.

 

İtaliya hökümuəti mayın 4-dək fərdi məşqlərə icazə verib. Kollektiv hazırlıq isə mayın 18-dən sonra baş tutacaq.

 

İtaliya mətbuatının məlumatına görə, yerli çempionat başa çatmasa, A Seriyası klubları böyük maliyyə itkiləri ilə üzləşəcək. Əgər belə hal yaşanarsa, klublar radikal addımlara görə hökümətə qarşı çıxa bilər.

Xəbər xətti