"İnter" futbolçusunu "Mançester Siti"yə 70 milyona satmağa hazırdır

17:17 - 1 May 2020

"İnter" müdafiəçisi Milan Şkrinyarın qiymətini 70 milyon avroya salıb.

 

Sportal.az calciomercato.com-a istinadən xəbər verir ki, slovakiyalı futbolçu ilə "Mançester Siti" maraqlanır. Komandanın baş məşqçisi Pep Qvardiola 25 yaşlı futbolçunun oyun stilini bəyənir və onu öz komandasında görmək istəyir.

 

Koronavirus pandemiyasından sonra Milan klubu müdafiəçinin transferi üçün 85 milyon avro tələb edirdi. İndiki durumda "göy-qaralar" Şkrinyarı 75 milyon avroya satmağa hazırdır.

 

Milan bu mövsüm 32 oyunda 1 assist edib.

Xəbər xətti