Balotelli: "Mourinyo və Mançiniyə minnətdaram"

17:52 - 2 May 2020

"Breşiya"nın hücumçusu Mario Balotelli "İnter"də birgə çıxış etdiyi Marko Materatsinin "Balotellini döymüşəm" fikrinə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, Qana əsilli italiyalı hücumçu Materatsinin dediklərinin doğru olmadığını bildirib:

 

"Məni döydüyünü deyir, amma doğru deyil. Düzdür, məşqdə mənə bir neçə təpik zərbəsi vurub. O, bunu Zlatan İbrahimoviçə qarşı da edib".

 

29 yaşlı futbolçu bəyəndiyi 3 futbol adamının adını çəkib:

 

"Futbol dünyasında tandıqılarımdan 3 insana böyük hörmətim var. "İnter"də birgə çalışdığım Joze Mourinyodan çox şey öyrəndim. Onunla bir neçə dəfə mübahisə etmişəm, amma sərhədi keçməmişəm. "Mançester Siti"də baş məşqçim olmuş Roberto Mançiin və "Milan"ın keçmiş CEO-su Adriano Qalliani də böyük hörmət etdiyim şəxslərdir. Onlara minnətdaram".

Xəbər xətti