İtaliya millisinin və "Udineze" klubunun keçmiş hücumçusu "Roma" rəhbərliyini tənqid edib.
Sportal.az "CalciNews24"ə istinadən xəbər verir ki, o, klub rəhbərliyinin keçmiş əfsanəvi futbolçusu Françesko Tottiyə olan münasibətinin qınayıb:
"Tottinin oğlu "Roma"da məşq edərkən klubun bazasının qarşısında onu maşında gözlədiyi barədə oxudum. Düşünürəm ki, bu, klub adına böyük utancverici hərəkətdir. Totti "Roma"dır. Françesko "Roma"nın hekayəsini yazdı, onun heykəli klubun bazasında olmalıdır".
Tottinin 14 yaşlı oğlu "Roma"nın akdemiyasındadır. 1989-cu ildə "Roma"nın akademiyasına gələn 43 yaşlı keçmiş yarımmüdafiəçi 1992-2017-ci illərdə "canavarlar"da çıxış edib.
saytlarin hazirlanmasi