İtaliya millisinin keçmiş hücumçusu karyerasını bitirdi

23:00 - 6 May 2020

İtaliya millisinin və "Yuventus"un keçmiş hücumçusu Alessandro Matri karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, o, arzuladığı karyeraya nail olduğunu deyib:

 

"Yuxumu gerçəkləşdirdiyimi deyə bilərəm. Futbola başlayanda skudettonu 3 dəfə qazanacağım qədər karyeram olacağını düşünməmişdim. Karyeramdan şikayət etmirəm, amma yolun sonuna gəldim. Bu qərarı "Breşiya"da bu mövsüm 6 ay oynadıqdan sonra verdim.

 

Artıq meydanda özümü yaxşı hiss etmirdim. Futbol oynamaq istəmirdim və performansımla kömək edə bilməyəcəyim yerdə qalmaq mənim xarakterimə uyğun deyil. Qışda klubsuz qalanda çox təklif almadım və bu, məni maraqlandırmadı. Özümü axmaq yerinə qoymaq istəmədim. Bir futbolçu kimi o həyatdan ötrü darıxacağam. Yalnız böyük təklif məni meydanlara qaytara bilər".

 

Peşəkar karyerasına "Milan"da başlayan hücumçu 2007-2011-ci illərdə "Kalyari"də 127 oyunda 36 qol vurub. Matri uğurlu karyerasını 2011-2013-cü illərdə "Yuventus"da keçirib. O, 7 dəfə İtaliya millisində oynayıb.

Xəbər xətti