"Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniç "Barselona"ya keçməyə hazırdır.
Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, maliyyə problemi yaşayan Kataloniya klubu bu transfer üçün böyük məbləğ ödəmək gücündə deyil "Barsa" 30 yaşlı futbolçu üçün qarşı tərəfə öz oyunçularını təklif etmək fikrindədir.
Qəzetin məlumatına görə, katalonlar İvan Rakitiç, Nelson Semedu və Arturo Vidal kimi futbolçularını Turin klubuna verməyə hazırdır. Ancaq "Qoca sinyora" Artur Melonun anlaşmanın bir parçası olmasını istəyir.
Nəşr braziliyalı yarımmüdafiəçinin "Barsa"dan getmək istəmədiyini vurğulayıb. "Barselona"da Pyaniç ilə yanaşı, "İnter"in hücumçusu Lautaro Martinesi də rənglərinə bağlamaq istədiyi üçün Artur Melonu sata bilər.
saytlarin hazirlanmasi