"Milan"ın keçmiş yarımmüdafiəçisi Massimo Ambrozini "qırmızı-qaralar"ın 2010/11 mövsümündə skudettonu qazanması barədə danışıb.
Sportal.az "Sky Sports"a istinadla xəbər verir ki, 42 yaşlı veteran futbolçu A Seriyasında 9 il öncə qazandıqları çempionluq barədə bunları deyib:
"Həmin uğurdan 9 ilin keçməsini hiss olunmur. Ancaq ədalətli və zövqlü qalibiyyət idi. Baş məşqçimiz Massimilano Alleqri paltarədyişmə otağında istedadlı və böyük xarakterlə danışmaq məcburiyyətində idi. Hamısını ipdə saxlamaq asan deyildi. Ronaldinyo, Kevin-Prins Boatenq və Antonio Kassano kimi oyunçular var idi.
Zlatan İbrahimoviç, Aleşandre Pato, Klarens Zeedorf və Andrea Pirlo kimi oyunçular yenidən özlərini sübut etmək istəyirdi. Alleqri hər şeyi öz tərzində etdi. Həmin dönəm ehtiyac duyulan hədəfə kökləndirmişdi. Hamımız mübarizə aparmaq istəyirdik, buna görə də məşqdə ölüm-qalım mübarizəsi gedirdi. Ehtiyatda qalan futbolçular çox hirsli idi, komandanın səviyyəsi o dərəcə yüksək idi".
İtaliyalı veteran Zlatan İbrahimoviç və amerikalı müdafiəçisi Oquçi Onyevunun davası barədə də fikrini bölüşüb:
"Onları ayırmağa çalışırdım, amma barmaqlarım sanki kilidli bir maşının baqajını açmağa cəhd edirdi. Həmin an Cennaro Qattuzonun orada olduğunu başa düşdüm. Bu günə xatırlayacağımız 3-4 dəfə davaları var (gülür)".
saytlarin hazirlanmasi