"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliyaya qayıdıb.
Sportal.az xəbər verir ki, 38 yaşlı hücumçu 2 həftə karantində qaldıqdan sonra "qırmızı-qaralar"a qoşulacaq.
İbrahimoviç koronavirus pandemiyasına görə İsveçə qayıtmışdı. O, formada qalmaq üçün səhmlərinin bir hissəsini aldığı "Hammarbü" klubunda məşq edib.
Təcrübəli futbolçunun "Milan"la müqaviləsi mövsümün sonunda bitir. İbrahimoviç bu mövsüm 10 oyunda 4 qol vurub, 1 assist edib.
saytlarin hazirlanmasi