"Milan"ın baş məşqçi olmaq üçün təklif aldığını söyləyən alman mütəxəssis Ralf Ranqnik "qırmızı-qaralar"a şərtlər irəli sürüb.
Sportal.az "La Repubblica" nəşrinə istinadla xəbər verir ki, 61 yaşlı mütəxəssis öz sistemini qurmaq üçün 140 milyon avro istəyib. O, 5 illik müqavilə bağlamaq fikrindədir. Ranqnik özünün 20 köməkçisini də kluba gətirməyi planlaşdırır.
Bundan əlavə, mütəxəssis 75-80 milyon avro transfer büdcəsi istəyir. O, komandanın orta yaş göstəricisini 22 etmək niyyətindədir.
Ranqnik "Bild"ə açıqlamasında "Milan"dan təklif aldığını açıqlamışdı.
saytlarin hazirlanmasi