"İnter" 2006-cı ildə Messini 150 milyon avroya almağa hazır olub

10:52 - 18 May 2020

"Barselona"nın keçmiş prezidenti Xoan Laporta komandanın superulduzu Lionel Messi barədə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o 2006-cı ildə "İnter"in argentinalı hücumçunun transferi üçün 150 milyon avro ödəməyə hazır olduğunu, ancaq keçidin baş tutmadığını deyib:

 

"İnter" bu təklifi 2006-cı ildə etmişdi. Sərbəstqalma dəyərini - 150 milyon avronu tam şəkildə ödəyirdilər. Ancaq biz Messinin dəyərini 250 milyon avroya qaldırdıq. Leonun atası ilə olan münasibətlərimə hər zaman arxayın idim. Ona dedim ki, təzminatın hamısını ödəmək məcburiyyətindədirlər, çünki Messini satmırıq. Bildirdim ki, Messi bizdə xoşbəxt və məşhur sima olacaq. "İnter"də maaşının bir az çox olacağını bildirdim. Leonun atasına dedim ki, oğlunuzun taleyi tarixin ən böyüyü olmaqdır və ona bu yolda kömək etməyə güclü komanda olacaq".

Xəbər xətti