"Latsio" baş məşqçisi Simone İnzaqi İtaliya çempionatının yenidən başlaması ilə bağlı vəziyyəti şərh edib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis yarışın bərpasına hazır olduqlarını deyib:
“İtaliya çempionatının yenidən başlaması üçün ilkin şərtlər var. Düşünürəm ki, hər məşqçi bu hadisəni gözləyir. Pandemiyadan əvvəl turnir cədvəlindəki vəziyyətdən asılı omayaraq, "Latsio" inanılmaz bir oyun nümayiş etdirdi. Komandamızda yenidən başlamaq istəyi var. Əhval-ruhiyyə? Hökumətdən çox şeyi anlaması üçün protokol gözləyirik. Bazamız tamamilə təhlükəsizdir, sosial qaydalara riayət edirik və hər gün yoxlanışdır. Kollektiv məşqlərə başlayacağıq".
Koronavirusa görə dayandırılan A Seriyasında 26 turdan sonra turnir cədvəlinə 63 xalla "Yuventus" başçılıq edir. "Latsio" 62 xalla 2-cidir.
saytlarin hazirlanmasi