İtaliyanın idman naziri Vinçenso Spadafora A Seriyasının mümkün bərpa tarixini açıqlayıb.
Sportal.az xəbər verir ki, o, turnirin iyunun 13-ü və ya 20-si başlayacağını söyləyib:
"Məşqlərin başlaması kimi A Seriyasının bərpası üçün də variantlar üzərində işləyirik. Cümə axşamı davam edib-etməyəcəyimiz, edəcəksək, nə zaman başlayacağımızı müzakirə edəcəyik. A Seriyasının davam etməsi üçün iki tarix üzərində işləyirik: 13 və ya 20 iyun".
saytlarin hazirlanmasi