"Milan" məşqdə zədələnən Zlatan İbrahimoviçin durumunu açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu sağ baldırından zədələnib. İsveçli oyunçu vətərindən xəsarət almayıb.
İbrahimoviç 10 gün sonra yenidən tibbi müayinədən keçəcək. Onun 2 aya qədər yaşı lmeydanlardan uzaq qalmaq ehtimalı var.
İbrahimoviçin "Milan"la müqaviləsi mövsümün sonunda başa çatır.
saytlarin hazirlanmasi