"Milan"ın baş məşqçi olmağa hazırlaşan alman mütəxəssis Ralf Ranqnik planlarını cızmağa başlayıb.
Sportal.az xəbər verir ki, 61 yaşlı mütəxəssis klubun baş meneceriİvan Qazidis və sahibi Pol Sinqerlə transferləri müzakirə edib. Ranqnik öz sistemini qurmaq üçün rəhbərlikdən 5 transferin reallaşmasını istəyib
Alman mütəxəssis "Fiorentina"nın müdafiəçisi Nikola Milenkoviç, PSV-nin cinah oyunçusu Danzel Dumfirs, "Benfika"nın yarımmüdafiəçisi Florentinu Luiş, "Zalsburq"un orta sahə futbolçusu Dominik Soboslai və "Real"ın hücumçusu Luka Yoviçi sərəncamında görmək istədiyini bildirib.
Ralf Ranqnikin "Milan"dakı köməkçilərinin Aredo Brayd və Daniele Boneranın olacağı gözlənilir.
saytlarin hazirlanmasi