Zlatan İbrahimoviç "Milan"la müqaviləsini uzatmaq istəyir.
Sportal.az "Corriere dello Sport"a istinadla xəbər verir ki, isveçli hücumçu klubun direktoru İvan Qazidislə problem yaşadığı üçün yeni müqavilə ilə bağlı anlaşma əldə edə bilmir.
Rəhbərlik danışıqları mövsümün sonuna qədər dayandırmaq fikrindədir. 38 yaşlı hücumçu isə gözləmək istəmir.
İbrahimoviç yeni müqaviləsində illik maaşının 4 milyon avro qalmasını istəyir.
Qış fasiləsində "qırmızı-qaralar"a keçən təcrübəli futbolçu 10 oyunda 4 qol vurub.
saytlarin hazirlanmasi