Mertens "Napoli"nin tarixinə düşdü

18:00 - 14 İyun 2020

İtaliya kubokunun yarımfinalında “Napoli”nin “İnter”lə görüşü neapolluların hücumçusu Dris Mertens üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan görüşdə belçikalı futbolçu matçın 41-ci dəqiqəsində fərqlənərək “Napoli”nın heyətində 122-ci qolunu vurub.

 

Bununla da 33 yaşlı futbolçu Neapol təmsilçisinin tarixində ən çox qol vuran futbolçu olub. O, bu rekorda 310 oyundan sonra nail olub.

 

İndiyədək bu rekord Marek Hamşikə məxsus idi. Slovakiyalı yarımmüdafiəçi 520 oyundan sonra 121 qol vurmuşdu.

 

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona 259 oyun keçirib və 115 qol vurmuşdu. O, bu göstərici ilə 3-cü yerdə qərarlaşıb.

Xəbər xətti