"Roma" idman direktoru Canluka Petraki ilə yollarını ayıracaq.
Sportal.az "Il Tempo" nəşrinə istinadla xəbər verir ki, buna səbəb 51 yaşlı funksionerin klub prezidenti Ceyms Palotta ilə fikir ayrılığı yaşaması olub. Ona 2,4 milyon avro təzminat ödəniləcək.
Canluka Petrakini bu vəzifədə komandanın keçmiş qapıçısı Morqan De Sançis əvəz edəcək. İtaliya millisinin keçmiş üzvü daha öncə idman direktorunun köməkçisi idi.
saytlarin hazirlanmasi