"Yuventus"un baş məşqçisi Maurisio Sarri komandanın müdafiəçisi Merih Dəmiralı yenidən Çempionlar Liqasının oyunları üçün iştirak ərizəsinə salınmasını istəyib.
Sportal.az "Tuttosport"a istinadla xəbər verir ki, yanvar ayında "Roma" ilə matçda ağır zədələnən türkiyəli futbolçu ÇL-in iştirak ərizəsindən çıxarılmışdı.
Avqustda Çempionlar Liqasının oyunları bərpa ediləcəyi üçün klublara 3 yeni futbolçu sifariş etmələrinə icazə verilib. Turin təmsilçisi 22 yaşlı futbolçunu heyətə daxil etməyə qərar verib.Əvəzində isə Sami Xedira iştirak ərizəsindən çıxarılacaq.
"Yuventus" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında "Lion"u qəbul edəcək. İlk oyunda Fransa klubu 1:0 hesablı qələbə qazanıb.
saytlarin hazirlanmasi