"Milan"ın futbol direktoru Frederik Massara komandanın hücumçusu Zlatan İbrahimoviçin gələcəyi barədə danışıb.
Sportal.az xəbər verir ki, klu rəsmisi 38 yaşlı hücumçu ilə danışıqlar aparacaqlarını deyib:
"İbrahimoviç bir çempiondur. Onun gəlişi komandaya müsbət təsir etdi. Ancaq komandadakı gələcəyini mövsüm bitəndən sonra müzakirə edəcəyik".
38 yaşlı hücumçu qış fasiləsində "Milan"a keçib və onun müqaviləsi iyunun 30-da başa çatır. İbrahimoviç "qırmızı-qaralar"da 10 oyun keçirib və 4 qol vurub.
saytlarin hazirlanmasi