"Real" müdafiəçisi Əşrəf Hakimini "İnter"ə satmağa hazırlaşır.
Sportal.az "Sky Sport"a istinadla xəbər verir ki, klublar anlaşmaq üzrədir. Milan təmsilçisi mərakeşli sağ cinah müdafiəçisinin keçidi üçün 40+5 milyon ödəməyə razılaşıb. 21 yaşlı futbolçu "göy-qaralar"a keçməyə müsbət yanaşdığı üçün transferin tezliklə rəsmiləşəcəyi gözlənilir.
Əşrəfin "İnter"lə 5 illik müqavilə bağlayacağı və mövsümlük maaşının 5-6 milyon avro olacağı bildirilir.
Hakimi son iki mövsümü icarə əsasında Dortmund "Borussiya"sında keçirib.
saytlarin hazirlanmasi