Fransa Futbol Federasiyası PSJ - "Marsel" oyununda (0:1) baş verənlərlə bağlı cəzaları açıqlayıb.
Sportal.az xəbər ki, matçın sonlarında qalmaqalı yaradan Layvin Kurzava 6 oyun cəzalandırılıb. Onunla dalaşan "Marsel"in müdafiəçisi Cordan Amavi isə 3 oyunluq cəza alıb.
PSJ-nin futbolçuları - Neymar və Leandro Paredes isə növbəti 2 oyunda komandalarına kömək edə bilməyəcəklər. "Marsel"in hücumçusu Dario Benedetto isə 1 oyun kənarda qalacaq.
"Marsel"in futbolçusu Alvaro Qonsalesin PSJ-nin hücumçusu Neymara irqçi sözlər deməsi ilə bağlı iş açılıb. Hər iki futbolçunun cəzalanacağı gözlənilir.
saytlarin hazirlanmasi