PSJ-dən ayrılan Edinson Kavaninin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, azad agent statusu daşıyan uruqvaylı hücumçu "Mançester Yunayted"lə 3 illik razılığa gəlib. 33 yaşlı futbolçunun transferi tezliklə açıqlanacaq.
Təcrübəli futbolçu tezliklə Portuqaliyaya gəlib, yeni komandasına qoşulacaq.
Kavani 2013-cü ildə 64 milyon avro qarşılığında "Napoli"dən PSJ-yə keçmişdi. O, komandada 301 oyun keçirib və 200 qol vurub, 43 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi