Fransa Super kubokunun qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, həlledici matçda PSJ və "Marsel" qarşılaşıblar. 2:1 hesabı ilə qalib gələn Paris klubu ardıcıl 8-ci dəfə bu titula yiyələnib.
Bu, komandanın yeni baş məşqçisi Maurisio Poçettinonun PSJ-də qazandığı ilk titul olub. Argentinalı mütəxəssis karyerasında da ilk dəfə kubok qazanıb.
PSJ - "Marsel" - 2:1
Qollar: Mauro İkardi, 39, Neymar, 85 (pen.) - Dmitri Payet, 89
saytlarin hazirlanmasi