PSJ-nin keçmiş qapıçısı evində ölü tapıldı

11:32 - 7 May 2021

Fransanın PSJ klubunun keçmiş qapıçısı Kristof Reva vəfat edib.

 

Sportal.az xəbər verir ki, 49 yaşlı veteran qolkiper evində ölü tapılıb. Onun ölüm səbəbi açıqlanmayıb.

 

Reva 1996 - 1998-ci illərdə PSJ-də çıxış edib. O, 3 dəfə Liqa 1-də ən yaxşı qapıçı seçilib.

Xəbər xətti