Həm millidə, həm klubda işləyəcək

14:53 - 28 İyul 2021

Fransanın “Bordo” klubunda baş məşqçi təyinatı gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan”ı Vladimir Petkoviçə tapşırılıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 57 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

 

Petkoviç eyni zamanda İsveçrə yığmasında da baş məşqçilik edəcək. Petkoviçin milli ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Xəbər xətti