PSJ-nin idman direktoru Leonardo komandanın hücumçusu Lionel Messinin illik maaşı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, braziliyalı funksioner rəqəmlərin yanlış yazıldığını deyib:
"Yazılan rəqəmlər həqiqətdən çox uzaqdır. Müqavilə şərtlərində gizlilik var. Amma Messinin 3 il ərzində 110 milyon avro maaş alacağı barədə yazılanlar həqiqət deyil".
34 yaşlı argentinalı ulduz Paris klubu ilə 2+1 illik müqavilə imzalayıb. Onun bu müddət ərzində 110 milyon avro qazanacağı iddia edilir.
saytlarin hazirlanmasi