Fransa I Liqasında avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe bu ada layiq görülüb. 22 yaşlı fransalı futbolçu azarkeşlər arasında keçirilən sorğuda 43 faiz səs toplayaraq 1-ci olub.
Mbappe avqustda keçirdiyi 4 çempionat oyununda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi